WWW.YAD.AZ » Xeberler » Rəfiqəsinin əvəzinə uşaq doğdu

Rəfiqəsinin əvəzinə uşaq doğdu

Tarix : 01-10-2022   /   Xeberler  
Amerikada bir qadın hamilə qala bilməyən rəfiqəsinə dəstək olmaq qərarına gəlib və uşağının surroqat anası olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Metro" məlumat yayıb.
Belə ki, 28 yaşlı Danil və 34 yaşlı Alisiya internetdə tanış olublar. Onlar tez bir zamanda yaxın dost olub. Həmin vaxtlarda Alisiya və həyat yoldaşının bir oğlu olmasına baxmayaraq yenə övlad sahibi olmaq istəyirdi. Amma Alisiya polikistik yumurtalıq sindromundan əziyyət çəkdiyi üçün buna nail ola bilməyib.
Dostunun pis olduğunu görən Danil isə könüllü olaraq onun uşağına surroqat ana olmağı qərar verib. Bundan sonra Alisiya və həyat yoldaşı Danilin hamiləlik dövründə onun yanında olub, hər cür maddi və mənəvi dəstək göstəriblər. Onların Maisi adlı bir qız övladı dünyaya gəlib.
"Bu sehrli bir gün idi. Oğlumu qucağıma ilk götürdüyüm andan heç bir fərqi yox idi" deyə Alisiya bildirib.

Şərhlər: 0

Şərh yaz