WWW.YAD.AZ » Xeberler » "Neftçi"nin heyətində ötən il ən çox qol vurmuş futbolçu bəlli olub

"Neftçi"nin heyətində ötən il ən çox qol vurmuş futbolçu bəlli olub
2021-ci ildə "Neftçi"nin heyətində ən çox qol vurmuş futbolçunun adı açıqlanıb.
Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, "ağ-qaralar"ın sabiq oyunçusu Namik Ələskərovdur.
Hazırda Türkiyənin "Bursaspor" klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi 13 dəfə topu rəqib qapılarından keçirib.
Qeyd edək ki, Namik Ələskərov 2017 - 2021-ci illərdə "Neftçi"nin formasını geyinib. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.


Muellif:  DJ_NATIQ
29 02.01.22