WWW.YAD.AZ » Xeberler » Azərbaycanda son sutkada koronavirusa yoluxanların SAYI AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirusa yoluxanların SAYI AÇIQLANDI - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 368 yeni yoluxma faktı qeydə alınıb 918 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 617 697 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 069 nəfər müalicə olunaraq sağalıb, 8 375 nəfər vəfat edib, aktiv xəstə sayı 8 235 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar6 435, ötən müddət ərzində isə ümumilikdə 5 876 764 test aparılıb.


Muellif:  DJ_NATIQ
22 02.01.22