WWW.YAD.AZ » Xeberler » “Yanan da mən, yaman da” – Məzar daşı qalmaqalı

“Yanan da mən, yaman da” – Məzar daşı qalmaqalı

Müğənni Roza Zərgərli mərhum Xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadəyə cavab verib.
OLAY yazır ki, o, “Elgizlə izlə” proqramına canlı bağlantı ilə qoşulub, Roza deyib ki, sənətçinin məzar daşının qoyulmaması məsələsini işıqlandırmaqda pis niyyəti olmayıb:
“7 il “Bakı vaxtı ilə” proqramının aparıcısı olmuşam. Hər zaman sənətkarlar və ailələri mənim üçün üstün olub. Efirdə bu söhbət qəfildən yarandı. Mən dedim ki, onun balaları bizim qardaş-bacılarımızdır. Yalçın müəllimi də yaxşı tanıyıram. Deməli, fanatları gediblər baş çəkməyə, görüblər ki, məzar daşı qoyulmayıb, bunu da bizə dedilər. Mən də dedim ki, ölməmişik. Sabah mən də həyatda olmayanda istəyərəm ki, davamçılarımız övladlarımın yanında belə dayansın. Oğlu zəng edib deyə bilər ki, Roza xanım, bu məsələdən danışılıb, amma gələn dəfə başqa cür deyərsiz. Yoxsa, oradan kobud şəkildə demək lazım deyil ki, hərəmiz 200 manatdan pul verə bilərik. Çünki Yalçın müəllimin özü kübar olub. Amma saytdan istifadə edib, bu cür sözlər səsləndirməsi düzgün deyildi. Yanan da mən, yaman da”.
Qeyd edək ki, R. Zərgərlinin aparıcısı olduğu “Tam vaxtıdır” verilişində Yalçın Rzazadənin ailəsinin məzar daşı düzəltdirməyə imkanı olmadığı deyilib və sənət adamlarına yardım üçün səslənib. Bunun ardınca M. Rzazadə açıqlama verərək bu iddiaların yalan olduğunu, atasına heykəl hazırlatdıqlarını söyləyib.


Muellif:  DJ_NATIQ
46 13.12.21