WWW.YAD.AZ » Xeberler » Qəzada polkovnik-leytenantla kapitan yaralanıb

Qəzada polkovnik-leytenantla kapitan yaralanıb

Xəbər verdiyimiz kimi, bu gün Xızıda təlim zamanı qəzaya uğrayan helikopterdə 14 nəfər şəxsi heyət həlak olub.
"Qafqazinfo" Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, qəza zamanı ölənlərlə yanaşı yaralılar da var. DSX yaralıların adını açıqlayıb. Həmin şəxslər polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğludur.
Qeyd edək ki, hərbi helikopter "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.


Muellif:  DJ_NATIQ
37 30.11.21