WWW.YAD.AZ » Xeberler » Helikopter qəzasında yaralananların vəziyyəti açıqlandı

Helikopter qəzasında yaralananların vəziyyəti açıqlandı
Bu gün səhər saatlarında Xızıda təlim zamanı helikopterin qəzaya uğraması nəticəsində yaralananların vəziyyəti açıqlanıb.
"Qafqazinfo" xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəis müavini İlham Mehdiyev yaralıların vəziyyəti ilə son durumu açıqlayıb: "Qəza zamanı yaralanan iki nəfər ayaq üstədirlər. Onlar Dövlət Sərhəd Xidmətinin Hospitalındadır".
Qeyd edək ki, helikopterin qəzaya uğruması nəticəsində polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov xəsarət alıblar.


Muellif:  DJ_NATIQ
45 30.11.21