WWW.YAD.AZ » Xeberler » Qəzaya uğramış helikopterin görüntüləri - VİDEO

Qəzaya uğramış helikopterin görüntüləri - VİDEO

Dövlət Sərhəd Xidmətinin (DSX) bu gün səhər qəzaya uğramış hərbi helikopterinin qalıqları ərazidən götürülüb.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, ərazidə istintaq tədbirləri də davam etdirilir.
Qeyd edək ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində 14 hərbi qulluqçular həlak olub.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.


Muellif:  DJ_NATIQ
27 30.11.21