WWW.YAD.AZ » Xeberler » Nurlana ailə qurduqdan sonra Azərbaycandan köçüb?

Nurlana ailə qurduqdan sonra Azərbaycandan köçüb?

Xəbər verdiyimiz kimi, aparıcı Nurlana Cəfərova ikinci dəfə ailə qurub və ana olub.
Axşam.az xəbər verir ki, Nurlananın görüntülərini stilist Nərmin İbrahimova sosial şəbəkədə yayımlayıb. O bildirib ki, Nurlana İzmirdə yaşayırmış.
"11 aydır səni görmürük, İzmirdən xoş gəlmisən. Uşağının sifətini göstərmirəm, istəmir. İzmirdə həyat necədir" deyə, Nərmin sual ünvanlayıb.
"Hər şey yaxşıdır. Amma dostlarım üçün darıxıram. Ana olmaq çox yaxşıdır, bütün arzusunda olanlara arzu edirəm. Dayəni 5 gündən sonra çıxardım, uşağın anaya ehtiyacı var. Analara məsləhət görürəm ki, dayə yox, uşağa özünüz baxın" deyə, Nurlana cavab verib.
Qeyd edək ki, Nurlana əvvəl 106 FM-də, daha sonra isə AzTV-də çalışıb.


Muellif:  DJ_NATIQ
24 27.11.21