WWW.YAD.AZ » Xeberler » Sumqayıtda kişi qardaşının evini soydu

Sumqayıtda kişi qardaşının evini soydu

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə noyabrın 25-də şəhər ərazisindəki evlərin birindən 1250 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin qardaşı, əvvəllər məhkum olunmuş Ş.Həsənli müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.


Muellif:  DJ_NATIQ
13 27.11.21