Войти

Müharibə yenidən başlaya bilər? - AÇIQLAMA

Xeberler

Son günlər erməni vandalları yenidən atəşkəsi pozmaqla sərhəddəki gərginliyi davam etdirirlər. Bu gün isə Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub. Vəziyyət belə davam edərsə, müharibə yenidən başlaya bilərmi?
Məsələ ilə bağlı deputat Bəhruz Məhərrəmov Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, son dövrlər intensivləşən erməni təxribatı bölgədə yaranmış köklü reallığa heç bir təsir edə bilməz:
"Əgər bu insidentlər bir dəyişikliyə səbəb olacaqsa, o da yalnız və yalnız Azərbaycanın hərbi-siyasi rolunun daha da güclənməsi, Ermənistanın isə xəritədən silinməsi formasında baş verə bilər.
İrəvan elə bir güc sahibi deyil ki, bizim rəqibimiz olsun, xüsusən də mövcud hərbi-siyasi güc balansı fonunda. Heç şübhəniz olmasın ki, bunu Ermənistanda da hər kəs yaxşı başa düşür.
Lakin indiki halda təxribat və gərginlik İrəvana ağır daxili siyasi vəziyyətin nizamlanması üçün bir vasitə olaraq lazımdır. 3-5 terrorçunu əsgərlərimizin qarşısına çıxarmaqla əslində İrəvanda daxili qruplaşmalar bir-birini hədəfləyir, lakin əgər gedişatdan biz də zərər görürüksə, şəhidlərimiz və yaralılarımız varsa, təbii ki, proseslərin öz-özünə axarına düşməsini gözləyə bilmərik. Bizə tuşlanan istənilən silah, törədilən hər bir təxribat ermənilərin olmayan dövlətçiliyinin sonuna bir addım daha yaxınlaşmaları deməkdir.
Əmin ola bilərlər ki, 30 illik hazırlığa malik bir ordunu 44 günə məhv edən "Dəmir yumruq" ötən bir ildə güc və imkanlarını, təcrübəsini qat-qat artırıb, yenidən Ermənistanın belini qırmaq üçün ordumuza Müzəffər Ali Baş Komandanın bir əmri və sayılı günlər lazımdır. BMT Nizamnaməsinin 25 və 51-ci maddələrinə uyğun olaraq, bizim öz təhlükəsizliyimizi təmin etmək üçün təcavüzkarı tam zərərsizləşdirmək, bu məqsədlə profilaktik tədbirlər görmək hüququmuz var.
Nə qədər ki, sərhədlərin delimitasiya və demarkasiya prosesi başlanmayıb, təcavüzə mane olmaq məqsədi ilə ordunu müvəqqəti olaraq Ermənistanın içərilərinə doğru yeridib, təhlükəsizlik zolağı təmin etmək, yaxud Ermənistan ərazilərində antiterror əməliyyatları keçirmək bizim beynəlxalq mexanizmlərdə təsbit olunan təməl haqqımızdır. Bizim başqa dövlətin ərazisinə iddiamızın olmadığını bütün dünya bilir və bu mənada kimsə bizi bu təhlükəsizlik tədbirlərinə görə qınaya, yaxud bizi yolumuzdan döndərə bilməz. Ermənistan, bu versiya da daxil, bütün mümkün variantları nəzərdən keçirməli, təxribatlardan əl çəkməyin və dincliyin onlar üçün ən doğru seçim olduğunu dərk etməlidir.
Bir il öncəyədək mövcud olmuş münaqişə artıq başa çatıb. Bizim məqsədimiz müharibə deyil, biz, konstitusion olaraq, mübahisələrin həlli yolu kimi müharibəni həmişə rədd etmişik. Əgər biz müharibəni arzu etsəydik, Paşinyanın ötən ilin 10 noyabrında kapitulyasiya yalvarışlarını dinləyib İrəvana şans verməzdik. Bizim aramızda üçtərəfli 10 noyabr bəyanatı var, bu bəyanat isə Azərbaycan üzərinə Ermənistanın "şıltaqlıqlar"ına dözmək öhdəliyi qoymur. Proses bu məcrada davam etsə, yəqin ki, Cənubi Qafqazda Ermənistan adlı dövlətin mövcudluğuna ehtiyacın olub-olmaması məsələsi barədə düşünməyə vadar olacağıq".
BIG.AZ

Комментарии (0)

Şərhin əlavə edilməsi

  • yenilə, əgər kod görünmürsə

Bolmeler

MobTop.az