Войти

İnstaqram istifadəçilərdən bunu tələb edəcək

Xeberler

İnstaqram sosial şəbəkəsi təhlükəsizlik məqsədilə yeni funksiya təqdim edir.
Axşam.az xəbər verir ki, platformanın yeni özəlliyi istifadəçinin real şəxs olduğunu dəqiqləşdirmək üçün nəzərdə tutulub.
Belə ki, platforma hesabınıza daxil olmağınız üçün üzünüzü tanıtmağınızı xahiş edəcək. Bunun üçün istifadəçidən ön çəkim tələb olunacaq. Qeydə alınan selfi videosuna üzün hər tərəfi düşməlidir.
Uzun müddətdir sınaqdan keçirilən özəlliyin yaxın zamanda bütün istifadəçilərə çatıb-çatmayacağı ilə bağlı Meta hələlik açıqlama verməyib.
Bildirilir ki, platforma bununla saxta hesabların qarşısını almağı hədəfləyir. Yəni, tətbiq ondan istifadə edən şəxsin real olduğunu müəyyənləşdirir.
Hazırda açılan funksiyada selfi videosunun üztanıma və ya biometrik məlumat toplama məqsədi olmadığı qeyd edilib. Videonun instaqramda ümumiyyətlə görünməyəcəyi və 30 gün ərzində tamamilə silinəcəyi bildirilib.

Комментарии (0)

Şərhin əlavə edilməsi

  • yenilə, əgər kod görünmürsə

Bolmeler

MobTop.az