WWW.YAD.AZ » Xeberler » 29 yaşlı tibb bacısını otelin 3-cü mərtəbəsindən evli sevgilisi atıbmış

29 yaşlı tibb bacısını otelin 3-cü mərtəbəsindən evli sevgilisi atıbmış

Türkiyədə daha bir qadın cinayətin qurbanı olub.
İyun ayında qaldığı otelin üçüncü mərtəbəsindən dəmir hasarların üzərinə düşərək dünyasını dəyişən 29 yaşlı tibb bacısı Şəbnəm Kökerin əslində sevgilisi tərəfindən öldürüldüyü bəlli olub.
 
Belə ki, tibb bacısının sevgilisi Timurçin Bayhanın iki ifadəsində fərqli saatlar deməsi və ziddiyyətli açıqlaması qətl şübhəsini artırıb. Bundan əlavə, hadisənin canlandırılmasından sonra, gənc qadının yıxılma formasına əsasən, onun aşağı itələnmiş ola biləcəyi anlaşılıb. 
 
Hadisənin detalları:
 
İzmirdə xəstəxanaların birində tibb bacısı olaraq işləyən Şəbnəm "İnstagram”da gəmi kapitanı Timurçin Bayhanla (34) tanış olub. Bir müddət dostluq edən Şəbnəm Timurçinlə görüşmək üçün  İzmirdən İstanbula gəlib. Sevgililər Kadıköydə yerləşən otelə yerləşiblər. Oteldə ikən, Bayhana həyat yoldaşından zəng gəlib, onun qarşı tərəfə "canım” deyə xitab etməsi tibb bacısını özündən çıxarıb. İkili arasında mübahisə yaranıb və ardınca Köker 7 iyun, gecə 03:00 radələrində üçüncü mərtəbədəki otağın pəncərəsindən aşağı düşüb, beyin qanaması səbəbilə dünyasını dəyişib. 
 
 
Şahid Timurçin Bayhan isə ilk ifadəsində Kökerin saat 19:00-da otelə geri gəldiyini və telefonunu sahildə düşürdüyünü deyib. Lakin ikinci ifadəsində Kökerin 23:00 radələrində geri döndüyünü bildirib. Onun bu çıxışları, gənc qadının qəsdən öldürüldüyü ilə bağlı şübhələri artırıb.
 
İstanbul Baş Prokurorluğu isə Kökerin ölümü ilə bağlı istintaqını yekunlaşdırıb. Ağır Cəza Məhkəməsinin qəbul etdiyi iddianamədə, Kökerin sevgilisi Timuçin Bayhanın "qəsdən adam öldürmə” ittihamı ilə ömürlük həbsi istənilib./Sfera.az 


Muellif:  DJ_NATIQ
61 03.11.21