WWW.YAD.AZ » Xeberler » Təcavüz olunan 11 yaşlı qızın babası DANIŞDI

Təcavüz olunan 11 yaşlı qızın babası DANIŞDI

Son günlər 11 yaşlı qız uşağının ana olması barədə xəbərlər çoxsaylı müzakirələrə səbəb olub. İnsanları düşündürən suallardan biri də onun məktəbə gedib-getməməsi ilə bağlıdır.
Məsələ ilə bağlı qızın babası Şahsuvar Şükürov Sonxeber.az-a açıqlama verib.
O, qeyd edib ki, onlarla birgə yaşayan zaman qız dərsə gedib:
"Əvvəl bizimlə yaşayırdılar. Buradan gedəndə, İmişli rayonundan çıxmasalar da, yaşadığımız evdən uzaq yerə köçdülər. Bizim yanımızda yaşadığı müddət nəvəm dərsə gedirdi. Artıq il yarımdır ki, buradan gediblər. Bizdən getdikdən sonra dərsə gedib-getməməsi barədə heç bir məlumatım yoxdur. Onu yalnız anası, digər nənə-babası bilər.
Gəlinimin ata evi Saatlı rayonundadır. Valideyinləri hazırda da Saatlı rayonunun Əliabad kəndində yaşayırlar. Nəvəm onlarla qalmırdı. Elə öz rayonumuzda yaşayırdı, sadəcə babası gilə tez-tez gedir, bizə isə nadir halda 1-2 saatlıq gəlirdilər.
Bizim bu vaxtadək heç bir şübhəmiz olmayıb. Mən kişiyəm, elə şeylərdən anlayışım yoxdur. Evdə yoldaşımla ikimiz yaşayırıq, o da bilməyib. Başqa heçnə deyə bilmərəm".


Muellif:  DJ_NATIQ
44 01.11.21