WWW.YAD.AZ » Xeberler » Komitədə bu tanınmış şəxslərə vəzifə verildi - FOTO

Komitədə bu tanınmış şəxslərə vəzifə verildi - FOTO




Diasporla İş üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.
YAD.AZ "Report"a istinadən xəbər verir ki, bununla bağlı komitənin sədri Fuad Muradov əmr imzalayıb.
Əmrə əsasən, Yəhya Babanlı qurumun 4-cü ərazi şöbəsinin (Asiya, Türkiyə, Avstraliya və Okeaniya) müdir müavini vəzifəsinə gətirilib.
Bundan başqa, tanınmış jurnalist Cavid İsmayıl Diaspor Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini təyin edilib.
Komitədən təyinatlarla bağlı məlumata münasibət öyrənmək mümkün olmayıb.




Muellif:  DJ_NATIQ
46 01.11.21