WWW.YAD.AZ » Metbex » Özbək Aşı

Özbək Aşı



Düyü çox qədimdən yetişdirilən dənli bitki olduğu üçün, plovun da tarixi keçmiş dövrlərə təsadüf edir. Plov sözünün mənası Hind dilindən (plau) qaynadılmış düyü deməkdir. Bu gün biz sizinlə Özbək mətbəxinə aid olan plov resepti hazırlayırıq. Bəzi mənbələrə görə bu plovu müalicə məqsədilə çox ağır xəstəliklər və uzun müddətli aclıqdan sonra istifadə edirmişlər. Həqiqətən də, bu plovun ləzzəti insana müsbət təsir bağışlayır.

Lazım olan ərzaqlar:1 xörək qaşığı zirincbitki yağı3 baş soğan500 qr qoyun və ya mal əti3 stəkan düyü500 qr kök1 ədəd sarımsaq1 xörək qaşığı cirə duz

Əti çox kiçik olmayan kub şəklində, kökü nazik, uzun, soğanları yarım halqa şəklində doğrayın.

Qazanda yağı qızdırıb soğanları qızılı rəng alana qədər qovurun. Əti əlavə edib bir az qızardın.

Kökü də əlavə edib qarışdırın, cirə və zirinci əlavə edib odu azaldın və kök yumşalana qədər bişirin. Üzərinə çıxana qədər su əlavə edib çox aşağı odda 1 saat bişirin.

Düyünü yuyub süzün. Ətli qarışımın üzərindən töküb üzərinə çıxana qədər qaynar su tökün. Bir baş bütöv sarımsağı da düyünün üzərinə qoyub, orta odda 30 dəqiqə, su çəkilənə qədər bişirin.

Nuş olsun!

Ozbek asi resepti

Yad.az



Muellif:  Anar_Mex
128 16.11.21