Qara gavalılı tort




Ərzaqlar
- Tərkibi:
- 2 yumurta
- 1 banka qaynadılmış süd
- 1 su stəkanı un
- ½ paket qabartma tozu
- ½ paket vanil
- 600 qram xama
- 150 qram şəkər
- 100-150 qram qara gavalı
Hazırlanması
- Yumurtanı mikserlə şalın.
- Üzərinə qaynadılmış südü əlavə edin.
- Unu qabartma tozu və vanillə qarışdırıb yumurtalı qarışığa əlavə edin.
- Dairə formasında olan soba qabını yağlayın və xəmiri ora əlavə edin.
- Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
- Korji soyuduqdan sonra 2 hissəyə bölün.
- Kremi hazırlamaq üçün qara gavalı qurusu tumludursa tumdan təmizləyib yuyub doğrayın.
- Xamanı şəkərlə mikserlə çalın və sonda qara gavalını əlavə edin.
- Korjların hər tərəfin kremləyib üst-üstə düzün.
- 3-4 saat soyuducuda saxlayıb servis edə bilərsiniz.
15.11.21
51