WWW.YAD.AZ » Metbex » Paytaxt salatı

Paytaxt salatı
Paytaxt salatı
Ərzaqlar:
1 balaca banka göy noxudPaytaxt salatı200 q ət (qoyun ya da mal əti)
3 ədəd yumurta
3 ədəd kartof
2 ədəd yerkökü
2 balaca tutma xiyar
1 ədəd tər xiyar
2-3 ədəd turp
Keşniş, şüyüd, göy soğan
Duz
İstiot
Xama ya da mayonez (50-50 hər ikisini qarışdıra da bilərsiniz)
Hazırlanması:
Suya duz töküb əti bişiririk. Soyuyandan sonra xırda doğrayırıq.
Paytaxt salatıKartofu, yerkökünü və yumurtanı suda bişiririk. Soyuduqdan sonqa qabığını təmizləyirik. Kartofu xırda dörd künc doğrayırıq.
Paytaxt salatıYerkökünü xırda dörd künc doğrayırıq.
Paytaxt salatıYumurtanı xırda dörd künc doğrayırıq.
Paytaxt salatıTutma xiyarı xırda dörd künc doğrayırıq.
Paytaxt salatıTər xiyarı xırda dörd künc doğrayırıq.
Paytaxt salatıTurpu xırda dörd künc doğrayırıq.
Paytaxt salatıGöyərtiləri xırda doğrayırıq.
Paytaxt salatıDoğranmış ərzaqların hamısını bir qaba töküb qarışdırırıq.
Paytaxt salatıQarışığa duz və istiot səpib qarışdırırıq.
Paytaxt salatıXama ilə ya da mayonezlə qarışdırırıq.
Paytaxt salatıZövqə görə bəzəyirik.
Paytaxt salatı
Nuş olsun!
YAD.AZ

Muellif:  Anar_Mex
20 15.11.21