Ev şəraitində dadlı toyuq kolbasasının hazırlanması
- 500 qr toyuq filesi
- 200 qr qaymaq
- 2 ədəd yumurta ağı
- 5 diş sarımsaq
- duz, qara və qırmızı istiot (zövqə görə)
- üyüdülmüş cövüz - 1/3 ç.q.
Hazırlanması:
1. Toyuq filesi ətçəkən maşınından keçirilir, qaymaq, yumurta ağı, ədviyyatlar əlavə olunur, yaxşı qarışdırılır.
2. Sarımsaq sarımsaqəzənlə əzilir, farşa əlavə olunur, qarışdırılır.
3. Farşı folqanın üzərinə qoyun və kolbasa şəklində kip bükün, ucları yaxşı burun.
4. Folqanın üzərindən kolbasanı bir neçə lay plyonkaya yaxşı bükün, ucları sapla bağlayın ki, içərisinə su keçməsin.
5. Qazana su doldurun, kolbasanı suyun içinə qoyun (su kolbasanın üzərinə çıxmalıdır) və 40-50 dəqiqə ərzində orta odda bişirin.
6. Hazır kolbasanı sudan çıxardın, soyudun və axşamdan səhərə qədər soyuducuda saxlayın.
7. Səhər kolbasanı yemək olar.
Nuş olsun!
Şərhlər: 0
Şərh yaz