WWW.YAD.AZ » Metbex » Böyürtkən souslu limonlu keks resepti

Böyürtkən souslu limonlu keks resepti

Tarix : 15-11-2021   /   Metbex / Şirniyyat Reseptləri / Yemekler / Salatlar  
Tərkibi:
400 gr labne pendiri
2 limon qabığı rəndəsi
1/2 limon suyu
1 paket krem
1 stəkan şəkər
4 yumurta
1,5-2 paket peçenye
80 gr kərəyağı
1 yemək qaşığı süd

Üzəri üçün:
500 gr böyürtkən
yarım stəkan şəkər
1/2 yemək qaşığı nişasta

Hazırlanması:
Peçenyellər blenderdə çəkilir içərisinə əridilən kərəyağ və süd əlavə edilərək qarışdırılıb xəmir əldə edilir.
Sonra xəmir soba qabına sərilir.
10 dəqiqə soyuducuda saxlanılır.
Daha sonra 180 dərəcəlik sobada 10-15 dəqiqə bişirilir.
Şəkər və yumurta ağ olana qədər qarışdırılır.
labne və krem, limon qabığı və suyu əlavə edilərək ərzaqlar qarışana qədər çırpılır.
Qəlibə tökülür və 140 dərəcəlik sobada 1,5 saat bişirilir.
Bişən cheesecake otaq temperaturuna çatanda soyuducuya qoyulur.
Böyürtkənlər qaba qoyulub və üzərinə şəkər əlavə edilir, bişirilir. az bir miqdar su ilə qarışdırılan nişasta əlavə olunaraq bişirilir.
Sous cheesecake-in üzərinə əlavə olunur.
Qabdan çıxarılıb üzərinə təzə böyürtkənlər əlavə olunur.

Nuş olsun!

Yad.az

Şərhlər: 0

Şərh yaz