Войти

Gecə öskürəyin bilmədiyiniz SƏBƏBLƏRİ

Maraqli Melumatlar / SAĞLAM OL

Gecə öskürəyi sizi daim narahat edirsə, bu hər hansı pozulmaya işarə edə bilər. Belə öskürək 3 həftədən artıq çəkirsə, mütləq həkimə müraciət edin.
Bəzi hallarda bu çox təhlükəli xəstəliyin simptomu ola bilər.
YAD.az bildirir ki, mütəxəssislərin müşahidələrinə görə, gecə öskürəyinin ən yayılmış səbəbləri bunlardır:
- Astma. Bəzi xəstələrdə gecə öskürəyi astmanın yeganə simptomu ola bilər.
- Ağciyər xəstəlikləri (xroniki obstruktiv ağciyər xəstəliyi, emfizema, bronxit).
- Ürək çatışmazlığı. Öskürək tək nəfəsalam sisteminin deyil, ürək çatışmazlığının simptomu da ola bilər. Belə xəstələrdə öskürlə yanaşı gecə təngənəfəslik, boğulma tutmaları ola bilər.
- Allergiya. Gecə öskürəyinin ən yayılmış səbəblərindən biri sayılır.
- Reflüks xəstəliyi. Bu xəstəlik zamanı uzanaq vəziyyətdə mədə şirəsinin bir hissəsi qida borusuna düşərək selikli qişanı qıcıqlandırır ki, bu da öskürəyə səbəb olur. Belə hesab olunur ki, gecə öskürəyinin ¼ hissəsi məhz reflüks xəstəliyi ilə bağlıdır.
- Ağciyər vərəmi. Bu xəstəlik ilkin mərhələlərdə quru xroniki öskürək, “səbəbsiz” qızdırma, gecə vaxtı güclü tərləmə və izah olunmayan arıqlama ilə müşayiət olunur.
Saglamolun.Az

Комментарии (0)

Şərhin əlavə edilməsi

  • yenilə, əgər kod görünmürsə

Bolmeler

MobTop.az