WWW.YAD.AZ » Hekayeler » POZİTİV RUHLU GƏNC

POZİTİV RUHLU GƏNC

Bir oğlan mağazaya daxil olur , telefonda nömrə yığmağa başlayır. Mağazanın sahibi ona baxır və söhbətə qulaq asır:
Oğlan:
- "Xanım , mənə sizin çəmənliyinizi biçmək işi verərsiz?"
- "Mən artıq çəmənliyimi biçmək üçün bir adam tapmışam".
- "Xanim, mən sizin çəmənliyinizi o adamın istədiyi qiymətdən yarı qiymətə biçərəm ".
- "Yox , mən indi mənim çəmənliyimi biçən adamdan xeyli razıyam".
- "Xanım , mən hətta sizin səkinizi və yolunuzu da süpürəcəm , beləliklə də bazar günündə Florida, Palm çimərliyində ən gözəl çəmənlik sizdə olacaq".
- "Yox, sağol".
Üzündə bir təbəssümlə, oğlan telefonun dəstəyini yerinə qoyur.
Bütün bu söhbətlərə qulaq asan mağaza sahibi oğlana deyir:
- "Oğlum , mən sənin bu hərəkətini bəyəndim . Mən belə pozitiv ruhlu insanları xoşlayıram və sənə bir iş təklif edirəm ".
- "Yox, sağ olun ".
- "Ancaq bayaq birinə iş üçün yalvarırdın".
- "Yox, elə deyil, mən sadəcə artıq işlədiyim işdə öz işimi necə etdiyimi yoxlayırdım və bir az əvvəl də telefonda danışdığım xanım üçün işləyirəm"

Muellif:  DJ_NATIQ
26 01.01.22