DUA

Bəzən bir kitab alarsan əlinə ki, ətraf aləmi unudub yazarın dünyasına si- raət edəsən, amma tanış cümlələr görəndə göz dayanar, artıq sonrakı sətirləri oxumaqdan vaz keçərsən. Kitabı qatlarsan, əlindən bir kənara qoyub ayağa qalxarsan, ürəyinin tam ortasında qəribə bir ağırlıq, boğazında yaranan düyüm..

Güzgünün qarşısına keçəndə artıq özünü yox, gözlərində onun rəsmini görərsən. Gözlər nə qədər çaba göstərsədə yaşlar rəsmi silə bilməz,bəzən rənglər bir-birinə qarışsada eyni sima əks olunar yenə...
Bəzən gecənin tam ortasında ayılarsan içini həbs etmiş bir boşluqla. Yatmaq unudmağın aldadıcı bir variantı olsada qısa bir müddət diş ağrısı üçün atılan dərman kimi gələr sənə.
Xəyanətin pisi yaxşısı, bağışlanan bir tərəfi olmaz, sevgili.

Aldadıldığımın neçənci ayını bitirirəm? Artıq xatırlamıram... Amma bugün cənazə namazını qılıram. Qəlbimin tam ortasında bir səhralıqda ... Cənazənin üstündə bir dəstə çiçək, yarpaqları solqun, yalanlarla bəzənmiş. Sənədə bu yaraşar, sevgili!
Və bilirsən, nə düşünürəm ? Bir gün gələcək eyni qatarı bölüşən iki sər- nişin olacağıq,bir-birimizə baxıb üz çevirən iki yad insan... Sən qatardan enəcən və harasa tələsəndə bir köşkün qabağında ayaq saxlayacan... Tanış isim, tanış iki ifadə...

Bugün cənazə namazını qılıram. Qəlbimin tam ortasında bir səhralıqda. Cənazənin üstündə bir dəstə çiçək, yarpaqları solqun, yalanlarla bəzədilmiş... Sənədə bu yaraşar sevgili!
Dəniz qoxusu, səmada uçan quşlar, ətrafda uşaq səsləri, uzaqdan gələn
musiqi səsi, yox artıq xatırlamıram əskikliyini. İki damla göz yaşı və açılmış iki əl.. Ey Yaradan, gedişi olubda, dönüşü olmayanlara sən haqqını halal et!

Dua

Muellif:  DJ_NATIQ
21 01.01.22