WWW.YAD.AZ » Hekayeler » BİR DAMCI BAL

BİR DAMCI BAL

Yerə bir damcı bal düşmüşdü. Balaca bir qarışqa bunu gördü və baldan daddı. Sonra qarışqa getmək istədi, amma balın qəribə və sehirli dadı onu geri qayıtmağa vardar etdi. Buna görə də o, qayıdıb ikinci dəfə baldan yedi. Getməyə qərar verdi balaca qarışqa. Amma ona elə gəldi ki, hər dəfə baldan bir az yemək kifayət deyil. Balın ləzzətini tam olaraq hiss etmək üçün, onun hamısını yemək lazımdır. Bunun üçün də, yerə tökülən bal damcısının içinə girmək lazımdır. Balaca qarışqa məqsədinə çatmaq üçün, bütün vücudu ilə bal damcısının içində qərq oldu. O, səy edirdi ki, baldan daha çox yesin və zövq alsın. Balaca qarışqanın cismi bütünlüklə bala bulaşdı və bu hal ona ləzzət edirdi. Amma, əfsus! Sonunda o, balın içindən çıxa bilmədi. Onun ayaqları bala batması səbəbindən, quruyaraq yerə yapışmışdı. Ona görə də balaca qarışqa heç cür hərəkət edə bilmirdi. O, bu halda uzun müddət qaldı və sonra isə can verdi. Bal istəyən balaca qarışqa, balın içində də öldü!
Bir arif dünya və ona aldananlar barədə deyir:"Dünya böyük bir bal damlasıdır!"
Bəli! Bu böyük damladan az miqdarda dadanlar nicat tapdılar. Amma bu damlanın şirinliyində qərq olanlar, həlak oldular.


Fb Çox Bilmiş

Muellif:  DJ_NATIQ
28 01.01.22