WWW.YAD.AZ » Hekayeler » SİZƏ EDİLƏN TƏNQİDLƏRƏ BAXIŞINIZI DƏYİŞƏCƏK “RANGA GURU” HEKAYƏSİ

SİZƏ EDİLƏN TƏNQİDLƏRƏ BAXIŞINIZI DƏYİŞƏCƏK “RANGA GURU” HEKAYƏSİ

“Ranga Guru” Hekayəsi bizə əməyin və əməyə edilən tənqidlərin mahiyyətini öyrədir:

“Hindistanda çox məşhur bir rəssam yaşayırmış. Hər kəs bu rəssamın çəkdiyi rəsmləri qüsursuz hesab edir və çox bəyənir, onu “Rənglərin ustası”, qısası Ranga Guru adlandırır. Onun yetişdirdiyi bir rəssam olan Racigi isə artıq təhsilini başa vurmuş və son rəsmini bitirərək, qocaman rəssamın yanına getmiş, ondan bu rəsmi dəyərləndirməsini xahiş etmişdi.

Sizə Edilən Tənqidlərə Baxışınızı Dəyişəcək “Ranga Guru” Hekayəsi

Ranga Guru, “Sən artıq rəssam hesab edilirsən, Racagi. Artıq sənin çəkdiyin rəsmləri xalq dəyərləndirməlidir,” deyərək, bu rəsmi şəhərin ən çox adam olan meydanına aparmasını və ən gözəçarpan yerdən asmasını istəyir. Racigi bu deyilənlərə əməl edir. Şəklin yanında isə, “Bəyənmədiyiniz yerləri bu qırmızı təbaşir ilə işarələyə bilərsiniz,” qeydini yazır. Bir neçə gün sonra isə o, rəsmdə nələrin bəyənilmədiyini yoxlamağa gələndə, çox məyus olur. Rəsm tamamilə təbaşirlə örtülmüş, görünən bir hissəsi də qalmamışdı.

Sizə Edilən Tənqidlərə Baxışınızı Dəyişəcək “Ranga Guru” Hekayəsi

Bundan çox kədərlənən rəssam əsərini götürüb, müəlliminin yanınan gedir və kədərini onunla bölüşür. Ranga Guru isə ona məyus olmamasını və yeni rəsm hazırlamasını tövsiyə edir. Tələbə yeni rəsmi bitirir və müəlliminin yanına yollanır. Ranga Guru rəsmi yenidən şəhərin sıx meydanlarından birinə qoymasını, lakin bu dəfə qeydi fərqli cür etməsini ona tapşırır. Rəsmin yanına içində müxtəlif rənglər olan boya paleti və fırça qoyulur. Qeyddə də bildirilir: Bəyənmədiyiniz yerlərə düzəliş edə bilərsiniz. Bir neçə gün sonra rəssam yenidən rəsminin vəziyyətini yoxlamağa gedir. Lakin, bu dəfə tamamilə başqa mənzərəylə qarşılaşır. Onun rəsmində bir dənə də olsa dəyişiklik yoxdur, fırça və boyalar olduqları kimi qalıblar. Heç kim rəsmdə düzəliş etməyə ehtiyac görməyib.

Sizə Edilən Tənqidlərə Baxışınızı Dəyişəcək “Ranga Guru” Hekayəsi

Rəssam çox sevinir və qaçaraq müəlliminin yanına gedir. Rəsmə heç kimin toxunmadığını böyük sevinclə ustadına danışır. Ranga Guru deyir: “Əziz Racigi, sən ilk rəsmində insanların buna icazə verdiyin halda nə qədər qəddar tənqidlər edə biləcəklərini gördün. Həyatında heç vaxt rəsm çəkməmiş insanlar da sənin rəsminə müdaxilə etdi. Halbuki, ikinci rəsmdə onlardan sənin xətalarını düzəltmələrini istədin, yaradıcı olmalarını tələb etdin. Yaradıcı olmaq isə bilik tələb edir. Heç kim bilmədiyi bir şeyi düzəltmək istəmədi, buna cəsarət etmədi. Unutma ki, öz sahəndə usta olmağın kifayət deyil, həm də müdrik olmalısan. Əməyinin bəhrəsini bu əməkdən başı çıxmayan insanlardan ala bilməzsən. Çünki onların gözündə sənin əməyinin heç bir dəyəri yoxdur. Heç vaxt əməyini ondan başı çıxmayanlara təqdim etmə və onlarla mübahisəyə girişmə.“

Sizə Edilən Tənqidlərə Baxışınızı Dəyişəcək “Ranga Guru” Hekayəsi

Pahoo.az\sabah.com.tr

Muellif:  DJ_NATIQ
26 18.11.21