WWW.YAD.AZ » Hekayeler » İKİ YANAŞI EV HEKAYE

İKİ YANAŞI EV HEKAYE

İki yanaşı ev; birində həmişə dava, digərində sakitçilik. Növbəti dəfə ər-arvadın davası zamanı arvad kişiyə deyir:
- Sən bu vaxta qədər qonşuların dava etdiyini, söyüş söydüklərini eşitmisən? Mən eşitməmişəm, get öyrən görək onlar necə yaşayırlar.
Kişi qonşunun pəncərəsinin altında gizlənib evi izləyir. Qonşu evdəkilər hərəsi öz ilə məşğul idi: arvad mətbəxtdə, kişi stolun arxasında nəsə yazır. Birdən telefon zəng çalır, kişi tez durur telefona tərəf qaçır. Bu zaman ayağı stola ilişir vazanı salır yerə. Kişi əyilib tez-tez qırıqları yığır, arvadı bu səsə mətbəxdən qaça-qaça gəlir və əyilib sınıqları yığmağa ərinə kömək edir. Ər arvadına deyir:
- Bağışla əzizim, telefonu götürmək üçün tələsdim, ayağım ilişdi, sındırdım.
- Yox əzizim, günahkar mənəm, mən onu düz qoymadım, sən də ilişdin.
Onlar sınıqları yığışdırdılar və hərə öz işinə qayıtdı. Kişi öz evinə gəlir, arvadı maraqlandı:
- Sakit evin sirrini öyrəndin?
- Hə öyrəndim, onlarda ailədə hər ikisi də günahkardır, amma bizdə isə həmişə hər ikimiz də haqlı oluruq.

FB Kitab


Muellif:  DJ_NATIQ
17 18.11.21