WWW.YAD.AZ » Hekayeler » "İLK CÜMLƏM" HEKAYE

"İLK CÜMLƏM" HEKAYE

İlk cümləm nə olur olsun. İndi rahat başlaya bilərəm hissləri boyamağa. Neçə vaxtdır heçnə yaza bilmirdim, ilk cümləmin nə olacağını düşündüyüm üçün. Sonradan düşündüm, "ilk cümləm nə olur olsun".
- Həqiqətən çox qəribədir, yazılardan ayrılıb kitablara qaçarkən yıxılmağın ləzzətini duymaq qorxusu. Nəysə boş verin, biraz hisslərdən danışım...
- Vaxt keçdikcə, cəmiyyətə qoşulduqca, onların tələləri ilə, öz istəklərini puç etmək məcburiyyətində qalırsan. Daha ailələrdə övladları anlamır. Onların öz istəyi, səninsə arzuların böyüyür. Kitablar ailənin, arzularsa sənin tərəfində. Hər kəsi atıb, getmək istəyirsən son anda. Bəzən bağışlamaz olursan müqəddəsləri, çox vaxt danlamaq istəyirsən mələkləri.
- Xoşbəxt günlərimizi udub, acıları dəfələrlə çiynədir bizə həyat. Ailəm günah, insanlarsa yanlış olduğunu düşünür, bəs kimə deyim ?!
- Tanrıya?
- Nəysə boş verin.
- Ədalətsiz dünyada rəsmi görünən geyimlər, sadəcə görünüşü dəyişə bilər. Bilsəm ki prablem tək bu ölkədədir, vicdanımıda satmalı olsam qaçaram buralardan. Ölkəəsi qəsəbələrə çevrilərək kiçilir ümidlər!
- Eyni not üzərində, yüzlərlə əzilmiş vərəq, minlərlə yaşlı sətirlər, saatlarca tək hiss. Nələri qurban verdik, kimləri nəyə dəyişdik?
- Sətrlər...
- Hisslər, yaşamağa layiq olan ən ədalətli varlıqlardır!
- Onu bizim içimizdə yox, bizi onun içində yaşatmalı idi Tanrı. Onlar artıqca mübarizləşir, biz böyüdükcə onlar kiçilir. Sonuncu dəfə, uşaqlıq bayramlarında yaşamışdı, sağ qalan üç-dörd hissim. Belimdə ümid çantası, əynimdə qalın vicdan, nəhayət adlı bir yerə varmaq istəyi. Niyə varmaq istəyi? Nədən bəhanələr səbəbdən daha inandırıcı?
- Böyüdükcə, musiqidən çox, mahnının sözlərini dinləyirik. Həqiqətlər harda yerləşir, hansı şəhər onu qoruyur, niyə onun axtarırq?
- Cümlələr öz növbəsini qorumur, sətrlərdə harasa tələsir.

Muellif:  DJ_NATIQ
19 18.11.21