WWW.YAD.AZ » Hekayeler » DÖRD GÜN HEKAYE

DÖRD GÜN HEKAYE

Bügün səndən danışdım ətrafıma,üzümdəki gülümsəmələrlə...darıxdığımı hiss etdim içdən,ən dərindən!
Hər məsafə aşıla bilər,amma bir qəlbdən uzaq düşdünsə,heç bir yol səni ona
aparmaz nə gözəl sima,nə bahalı hədiyyə nə bir təyyarə bileti...
Bəlkə zaman həll edər, qaçdım gözündən bir ümid deyə... Hə,səndən danış- dım ətrafıma,sual oldu neçə gün deyə,dörd gün deyə bildim,sadəcə dörd gün... Dörd axşam dörd gündüz... Mənə dörd il gələn o dörd gün...
Gözləmirəm,gözlədə də bilmərəm...
Qorxuram, qoyduğumu eyni yerdə tapmıyım...
Qorxuram, bir gün gəlibdə,məni itirdiyini görəsən...
Üstümdə zəmanət yoxdu bir il,iki il,ömürlük deyə... Üstümdə bir sevgi var,qoxusu yağışda üzə çıxan,içimdə bir sən varsan,buxar olub gedərsən deyə göz yaşımdan qoruduğum...
İndi olsaydın qışqırardın uzatma!uzatma!uzatma!!!
Çox danışıram,çox yazıram... Bu da qadınların yaradılışında var... Nə edim indi yüz illərlə olan,qadının yaradılışında olan deyingənliyimi sənə görə
tərk edim? Hə,cavab ver! Yenə susursan,yenə...
... Sən gəl,mən özümü unudaram,soz verirəm
Sən gəl... Unut gəl... Tərk etdiyin yerə gəl... Təki sən gəl...
Çox bayağı yazdım hə? İnan,belə sulu göz deyiləm,inan belə duyğu yüklü deyiləm... Əlbəttə inanacan,sorğu sual etmədən...
Hələ çox sualım cavabsız qalacaq dörd gün ,dörd ay ,dörd il... Sən peşman olub qayıtma,peşman olduğunçün qayıtma... Biraz darıx,biraz sənə yaxşı
gələn qadını xatırla,üzünü turşutma yox... Bunu istəmirəm,bir gülümsəməy lə gəl...
Bax yenə ağlatdın,heç xoşum gəlmirdə bu xasiyyətindən,heç...
Nəsə gedim biraz itim... Hə unutmuşdum deməyi,bugün başqa günlərdən daha çox sevdim səni... Sənə sözlərlə gəlirəm,unutmaqdan qorxaraq
sənə sətirlərlə,cümlələrlə...

FEAT.AZ

Muellif:  DJ_NATIQ
22 18.11.21