WWW.YAD.AZ » Hekayeler » RƏHMƏTƏ GETMİŞ ƏZİZLƏRİMİZİN XATİRİƏSİNƏ.

RƏHMƏTƏ GETMİŞ ƏZİZLƏRİMİZİN XATİRİƏSİNƏ.

8 Mart bayramın mübarək əzizim. Bu gün
müdrümüz bizim kollektivi işdən tez azad etdi. Dedi
ki, bu bayram günü həyat yoldaşınızla,
sevdiklərinizlə bir yerdə olun. Üstəlik, maaşdan
əlavə də pul verdi, hədiyyə almağımız üçün. Çox
mərhəmətli insandır.Məndə, ən sevdiyin güllərdən

üstündə mələk şəkli olan gözəl bir
suviner aldım. Düzdü sənə oxşamasada, sən
sevdiyin üçün almaq qərarına gəldim. Bilirəm, sən ondan da
gözəlsən, amma nə edim, bir şey almalı idim ya yox? (gülümsəyərək).
Üşümürsənmi?
Mən bu qədər qalın geyinmişəm donuram, sən
dördkünc taxtanın içində necə uyuyursan ?! (Göz
yaşı tökərək) Sənin üçün çox darıxmışam, daha
şəkillərində səni canlandırıb danışa
bilmirəm.İnan sən yanımda olmuyanda bu günləri
sənsiz keçirdiyim bir gün kimi yox, sənsiz
öldüyüm bir gün kimi sayıram. Hələdə hər
yuxudan ayılanda, yatağımın sol tərəfinə ümidlə
baxıram, bəlkə yanımda uyuyarsan deyə.Hər
namazdan, hər səcdədən
sonra, Allaha yalvarıram ki, mənidə
sənin yanına gətirsən. Cənnətin içində bir
mələklə yaşamaq çox gözəl bir hissdi məncə.
Həmdə bilirəm ki, möcüzəni təkcə Allah mənə
bəxş edə bilər. Necə ki, bir möcüzə yaradıb,
ömrümə səni qatmışdı... Doğurdanda bu şəhərin
günahı çox böyükdür. Özü heçnə olsa belə,
içindəki insanlar kiminsə dünyası, kiminsə
xatirəsi, kiminsə hər şeyidir. Xahiş edirəm
yuxularımda məni gözlətmə. Tez-tez gəl yuxuma,
sənə deyiləcək o qədər sözlərim var ki, uşaq kimi
ümidlə gözləyirəm yolunu, canım mənim (Göz yaxşı
içində). Yaxşı bağışla, inan əlimdə deyil, göz
yaşlarımda sənin üçün darıxıb, oda sənin yanına
gəlmək üçün çox tələsir.Bir daha 8 martın
mübarək canım mənim, hər dəfə bir daha..

 feat.az

Muellif:  DJ_NATIQ
16 18.11.21