WWW.YAD.AZ » Hekayeler » “O, SADƏCƏ RƏQS ETMƏK İSTƏYİRDİ”

“O, SADƏCƏ RƏQS ETMƏK İSTƏYİRDİ”

Məktəbdə onu istedadsız hesab edirdilər. Bir dəfə valideynləri məktəbdən belə bir məktub almışdı: “Qızınızın dərslərlə bağlı problemləri var. Fikrini cəmləyə bilmir, daima diqqəti yayınır, hər kəsə mane olur, vaxtında ev tapşırıqlarını etmir, çatdırmır… “

İndiki dövrdə bu qızcığazın diqqət azlığından əziyyət çəkdiyini deyərdilər, lakin 30-cu illərdə heç kim bu diaqnoz barəsində bilmirdi. Onu həkimə aparırlar. Otağın uzaq küncündəki stulda oturdur və 20 dəqiqə gözlədirlər. Bu müddət ərzinə həkim onun anası ilə məktəbdəki problemləri barədə müzakirələr aparırdı. Nəhayət ki, həkim onun yanına əyləşir və anasıyla bir neçə dəqiqə təkbətək söhbət etməli olduğunu bildirir. Bundan öncə isə stolun üstündəki radioqəbuledicini yandırır. Anasından isə qızının nə etdiyini sakitcə müşahidə etməyini istəyir. Qızcığaz tez ayaq üstə qalxır və musiqinin ritmləriylə hərəkət etməyə başlayır. Həkim üzünü anasına çevirir və deyir: “O xəstə deyil, rəqqasədir. Onu rəqs məktəbinə yazdırın.”



Anası həkimin tövsiyəsinə qulaq asır və qızcığaz rəqslə məşğul olmağa başlayır. Daha sonra o Kraliyyət Balet Məktəbinə daxil olur. Solistə çevrilir. Bir müddət sonra öz rəqs şirkətini yaradır. Andrew Lloyd Webber ilə tanış olaraq, birlikdə dünyanın ən məşhur xareoqrafiya tamaşalarından birini yaradırlar. Bu tamaşa milyonlarla insana sevinc bəxş edir. Halbuki, müasir dövrdə belə insanları saysız-hesabsız dərmanlara məğlub edirlər.



Bu yazılanlar müasir dövrün ən məşhur xareoqraflarından biri olan
Gillian Lynne‘in həyat hekayəsidir. O eyni zamanda aktrisa və rejissordur, bir sözlə tamamilə incəsənət adamıdır. Bütün həyatını opera, balet, musiqili tamaşalara həsr etmiş və dünyaya saysız-hesabsız gözəllik bəxş etmişdir. Onun tamaşaları arasında məşhur “Cats”, “The Рhantom of the Opera” kimi unudulmaz işlər də var. Dəfələrlə mükafatlara layiq görülən bu əfsanəvi qadın bu həyatda sadəcə olaraq rəqs etmək istəyirdi!

“O, Sadəcə Rəqs Etmək İstəyirdi”

Pahoo.az\Adme.ru


Muellif:  DJ_NATIQ
17 18.11.21