WWW.YAD.AZ » Hekayeler » KİMİN HƏYATINI XİLAS ETDİN?

KİMİN HƏYATINI XİLAS ETDİN?

ABŞ prezidenti Lindon Conson (1908-1973) məşhur cərrah Kristian Bernardla (1922-2001) söhbət zamanı ona belə bir sual verir:
- Kiminsə həyatını xilas etmək sizə qismət olubmu?
K.Bernard "Bəli" cavabını verir və belə bir əhvalat danışır:
"İyirmi il bundan qabaq mən Keyptaundan yüz kilometr aralı kiçik bir şəhərdə təbib işləyirdim. Bir dəfə bir qadın məni təcili qonşu fermaya çağırıb ərinin ölümcül olduğunu bildirdi, qadın düz deyirmiş…
Mən xəstəni bacardığım qədər müalicəyə girişdim, onun arvadına dedim ki, gərək bütün gecəni xəstənin yanında qalam.
Səhərə yaxın, saat üçə qədər xəstənin halında yaxşılaşma görünmürdü. Qadın kofe hazırladı, biz kofe içə-içə o soruşdu:
- Təbib, siz ərimi xilas etmək üçün doğurdanmı əlinizdən gələni etmisiniz?
- Bəli- cavabını verdim- məncə hər şeyi etmişəm.
Onda qadın dedi:
- Ay təbib, madam hər şeyi etmisiniz və görürsünüz yaxşılaşma yoxdur, bəs nə üçün kənd müalicəsini etməyək? Bax, bizim ara həkimimiz var, o hər cür sinə soyuqdəyməsini keçi ilə müalicə edir… Keçini kəsir, dərisini soyur və xəstənin sinəsinə çəkir. O da sağalır!
- Bilirsiniz, bir saat da gözləyək - dedim.
… saat dörddə xəstənin qızdırması düşdü, səhhəti düzəlməyə başladı. Səhər sübhdən çantamı götürdüm və xeyirxah ev sahibi ilə xudahafizləşdim. Payanın yanında balaca keçi otlayırdı, uzaqlaşarkən ona dedim:
“keçi balası, sənin həyatını xilas etdim!”
Cənab prezident, bu həyatını xilas etdiyimi yəqinliklə bildiyim yeganə canlıdır."

feat.az

Muellif:  DJ_NATIQ
23 18.11.21