WWW.YAD.AZ » Hekayeler » AYNA HEKAYESI

AYNA HEKAYESI

Saat 11. Qadın oyandı. Güzgüdəki günlərdir gülməyən üzünə baxıb istehzalı bir gülümsəmə yarandı üzündə. Bu, o deyildi sanki. Əl-üzünü yuyub özünə gələrdi. Budur, yenə o kədərli üz. Fərqli yerdə, fərqli aynada heç dəyişməyən o mimikasızlıq. Əz-üzünü yuyub vanna otağından çıxdı Nə yesəm deyə düşünüb, çayda qərar qıldı. 2qurtum içib, qoydu bir kənara. Evin o sıxıcı səssizliğindəki tək səs tozsoranın başağrıdıcı səsi oldu az sonra. Ala-yarımçıq ev işlərini də bitirdi. Televizoru açdı, kanalları bir_bir dəyişdi. Heç nə marağını cəlb etmədi. Söndürdü. Cəsarət etmirdi musiqi dinləməyə. Dostlarına yazdı, bəlkə biraz da olsa düzələr deyə. Olmadı. "Tapdım" dedi. "Axır ki tapdım. Kitab oxuyaram keçər." Ilk cümləni oxuyub, növbəti cümləyə keçə bilməyəndə anladl, kitab da çarə deyildi. Sığınacağı son şey, o qaçdığı mahnılar oldu. Üzləşməli idi artıq. Qulaqcıqlarını taxıb, hıçqıraraq ağlamağa başladı. Son gözyaşlarını əlləri ilə sildikdən sonra, aynada özünə baxdı. Qırmızı, şişmiş gözlərinə baxıb gülümsədi. Istehzalı deyildi bu gülümsəməsi, gerçək idi.
"Gecəm xeyrə qalsın" deyib üzündəki o gülümsəmə ilə gözlərini yumdu qadın.

feat.az



Muellif:  DJ_NATIQ
60 18.11.21