Xəbər > Xeberler > İmişlidə KaMAZ-la Mersedes toqquşdu: 2 yaralı

İmişlidə KaMAZ-la Mersedes toqquşdu: 2 yaralı


4-11-2017, 23:43. Yerləşdirildi: DJ_NATIQ_0515033131
İmişlidə KaMAZ-la Mersedes toqquşdu: 2 yaralı

İmişli rayonunda baş verən yol qəzasında 2 nəfər xəsarət alıb.

YAD.AZ "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.
"Mersedes" markalı avtomobil hərəkətdə olarkən "KaMAZ" markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində Biləsuvarda müvəqqəti məskunlaşmış Cəbrayıl rayon sakinləri - 39 yaşlı Abas Əhliman oğlu Qəmzəyev, 36 yaşlı Əhmədxan Sədaqət oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar İmişli Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada tibbi yardım göstərildikdən sonra hər iki yaralı travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt