Xəbər > Xeberler > Kamran Ağayev qovuldu

Kamran Ağayev qovuldu


4-11-2017, 23:21. Yerləşdirildi: DJ_NATIQ_0515033131
Kamran Ağayev qovuldu

Futbol üzrə Çexiya çempionatında 13-cü turun oyunları keçirilib.

YAD.AZ Yenicag.az a istinaden xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Banik Ostrava” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Kamran da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb. Lakin 75-ci dəqiqədə qırmızı vərəqə alaraq, komandasının azlıqda qoyub.

Geridə qalan turlarda 17 xal toplayan “Mlada Boleslav” 16 klub arasında 7-ci pillədə qərarlaşıb.

Geri qayıt