Xəbər > Xeberler, maraqli > Bakıda “Gelandewagen”in törətdiyi qəza nəticəsində ölənlərin və yaralananların adları açıqlandı - YENİLƏNİB

Bakıda “Gelandewagen”in törətdiyi qəza nəticəsində ölənlərin və yaralananların adları açıqlandı - YENİLƏNİB


4-08-2017, 22:31. Yerləşdirildi: DJ_NATIQ
Bakıda “Gelandewagen”in törətdiyi qəza nəticəsində ölənlərin və yaralananların adları açıqlandı - YENİLƏNİB

Ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən qəzada ölən və yaralananların adları açıqlanıb.

YAD.Az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüblər. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları - Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Polisdən, həmçinin bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

----------

00:05

Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

YAD.AZ APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü və bir piyada ölüb, bir nəfər isə yaralanıb.

"Mercedes Gelandewagen"in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.
Qeyd edək ki, hadisə zamanı baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin maşında olması və dünyasını dəyişməsi ilə bağlı yayılmış xəbərlər həqiqəti əks etdirmir.

Geri qayıt