Xəbər > Xeberler > Mətanət: "Yol polisinin motosikletini də sürdüm" - FOTO

Mətanət: "Yol polisinin motosikletini də sürdüm" - FOTO

11-01-2017, 00:02. Yerləşdirildi: DJ_NATIQ
Mətanət: "Yol polisinin motosikletini də sürdüm" - FOTO
ATV-nin aparıcısı Mətanət Əliverdiyeva "Mənim mətbəxim" verilişindən uzaqlaşmasının səbəbini açıqlayıb.

YAD.Az bildirir ki, axşam.az-ın əməkdaşı ilə söhbətindən o, vaxt çatışmazlığından şikayətlənib:

"Mənim heç evdə yemək bişirməyə marağım və vaxtım yoxdur. Mətbəxdə peşəkarlar olmalıdır. Bu verilişdə isə sadəcə, aşpazın yanında dayanıb, nəyisə öyrənirdim. Həm də işlərim çoxdur: serial, radioda aparıcılıq və yeni veriliş. Mən efirə çıxmaya bilərəm, amma radiosuz qala bilmərəm. Oğlum bu il birinci sinfə gedir. Ona da vaxt ayırmalıyam. Övladım mənim üçün hər şeydən önəmlidir".

M.Əliverdiyeva hər zaman açıqsözlü olduğunu deyib:

"Məni dəyişmək mümkün deyil. Hər zaman sözün düzünü insanın üzünə demişəm. Kiminsə üzünə gülüb, arxasınca danışmamışam. Verilişimdə də olub ki, sözümü qonağın üzünə demişəm. Məndən inciyənlər də olub. Kimisə təhqir etmirəm. Nəsə irad bildirəndə ona qulaq asıb, dərs götürmək lazımdı.

M.Əliverdiyeva aldığı yeni serial təkliflərindən də danışıb:

"Hazırda "Qız atası" serialında çəkilirəm. Başqa təkliflər gəlir. Yayda isə İlham Qasımov çəkdiyi "Oğlan evi" filmində epizodik rol aldım. Yalnız Fərdanın (aktyor Fərda Xudaverdiyev - red.) gözünə görünürdüm. Hündürdaban ayaqqabı ilə Fərdanın arxasınca qaçırdım. Hətta yol polisinin motosikletini də sürdüm. Çox gülməli filmdir. Bu yaxınlarda da bir filmə dəvət gəlmişdi, razılaşmadım. Həmişə komediya filmlərinə dəvət alıram. Məni tanıyanlar bilir ki, eyni zamanda ciddi xanımam. Dramatik obrazları da gözəl oynayıram".

Geri qayıt