Xəbər > Xeberler > Bu haqda danışmağa utanırsınız?

Bu haqda danışmağa utanırsınız?


10-01-2017, 23:42. Yerləşdirildi: DJ_NATIQ
Bu haqda danışmağa utanırsınız?

Biz bəzi şeylər haqqında rahat danışa bilərik: hansı vasitələr zərər görmüş saçlara kömək edər, dırnaqları necə bərkitmək olar və ya dodaqlar üçün hansı dodaq balzamı xeyirli olar, qabığını soyulmadan xilas edər və s. Bunların hər biri barədə məlumat alır və ya məsləhətlər veririk, soruşuruq və maraqlanırıq. Amma elə problemlər var ki, biz onları kimləsə müzakirə edə bilmirik. Çünki kənardakılar bizə qəribə nəzərlərlə baxar və ya bizi pinti adlandırar deyə qorxuruq. Hər zaman bizə elə gəlir ki, bu, yalnız bizim üçün tipikdir, əslində isə heç də belə deyil. Bizimlə yanaşı, çoxları belə xoşagəlməz hadisələrlə rastlaşırlar.

Ağızda qoxu (qalitoz)

Problemin kökü:

Öncə ağız boşluğundan gələn pis qoxunun səbəbini aydınlaşdırmaq lazımdır. Çünki səbəblər müxtəlif ola bilər. Ağız boşluğunda yaşayan bakteriyalar nə qədər çox olsa, ağızdan gələn qoxu daha da kəskin olur. Mümkün səbəblərin arasından daha zərərsizləri seçmək olar (müalicəylə kəskin qoxunu aradan qaldırmaq olar), bu, sizin stomatoloqunuzun məsləhətindən asılıdır. Onlardan ən çox yayılanlara baxaq:
*Ağız boşluğunun yanlış gigiyenası. Bu halda siz gündə iki dəfə dişlərinizi fırçalasanız belə, problem yenə də əvvəlki kimi olacaq. Hər şey ona görədir ki, tamamilə bizdən asılı olmayan səbəblərdən dişlər düzgün təmizlənmir: yemək qalıqlarının qalması, pis təmizləyən diş fırçası seçmək, dilin təmizləməsini unutmaq və s;

*Ac qalma. Orqanizmimiz enerji üçün yığılmış piylərdən istifadə edəndə (məsələn, arıqlamaq üçün pəhriz saxlayanda) bu prosesin məhsulları hazırlanır. Bunlar da ağızdan xoşagəlməz qoxuların gəlməsinə səbəb olur.

*Dişlərlə problemlər (karies, diş əti xəstəlikləri və s.)

*Qida məhsulları (soğan, sarımsaq, yumurta və ya hisə verilmiş qidalar);

*Siqaret çəkmək;

*Zökəm;

*Şəkərli diabet;

*Ciyər xəstəlikləri;

*Xroniki böyrək çatışmazlığı;

*Mədə (qida borusu) xərçəngi;

*Parazit xəstəlikləri.


Problemlərin həlli:

*İlk öncə mütəxəssisə müraciət etmək lazımdır, yalnız o, ağızdan gələn xoşagəlməz qoxunun yaranma səbəbini təyin edə bilər. Əgər həkiminiz onların zərərsiz olduğunu söyləyirsə, bu problemi həlli ilə özünüz məşğul ola bilərsiniz. Bunun üçün bir çox üsullar mövcuddur:

Ağız boşluğunun gigiyenası

Dişlərinizin arasında asanlıqla hərəkət edib qida qalıqlarını təmizləyə bilən telli diş fırçaları seçin. Yalnız unutmayın ki, hər şey fırça və diş məcunuyla bitmir. Saçlarınız üçün yalnız şampundan istifadə etmirsiniz, ən azı 2-3 vasitədən istifadə edirsiniz - dişlərinizə də saçlarınıza göstərdiyiniz qayğını göstərin və onları diş sapı, ağız yaxalayıcılarının və dil üçün ayrıca fırçanın köməyi ilə təmiz və təravətli qalmasını təmin edin.

Bol su için - su bakteriyaları yuyub təmizləyir

*Daha çox meyvə-tərəvəzdən istifadə edin. Bakteriyaların çoxu zülallı qidalarda olduğu üçün zülallı qidaları C vitaminli qidalarla əvəz edin. Bu, həm də sizin formada qalmağınıza yardımcı olacaq.

*Ağzınızı təbii cövhərlərlə yaxalayın: nanə, dazı bitkisi, təzə şüyüd, çobanyastığı və palıd ağacının qabığından hazırlanan cövhərlər ən yaxşı effektə malikdirlər. Eləcə də darçın və cəfərini ağzınıza alıb çeynəyə də bilərsiniz.

*Saqqız çeynəyin: o, tüpürcək ifrazatını artıraraq bir növ su əvəzi bakteriyaları yuyub təmizləyir. Lakin saqqızın şəkərsiz olmasına diqqət edin, çünki şəkərli saqqız əksinə, bakteriya artımına səbəb olur.

Ayaq tərləməsi və pis qoxu gəlməsi (pəncələrin qiperqidrozu)

Problemin kökü:
Ayaqların tərləməsi - bu, yalnız xoşagəlməz qoxu deyil, həm də pəncələrin göbələkşəkilli və yoluxucu xəstəliklərinin yaranmasına səbəb olur. Buna görə də bu problemlə mübarizə aparmaq çox əhəmiyyətlidir.
Tərləmənin digər səbəbləri:
*Pəncələrin pis gigiyenası: ilin hər hansı fəslindən asılı olmayaraq ayaqları gündə iki (hətta üç) dəfə yumaq lazımdır;
*Yanlış ayaqqabı: həddindən artıq dar və hava buraxmayan ayaqqabı seçmisinizsə, bu, düzgün deyil;
*Corablar: əgər onlara ehtiyac varsa, təbii pambıq parçalara üstünlük verin və ehtiyac yoxdursa, çox isti geyinməyin;
*Fiziki yüklənmələr;
*Stress və həyəcan;
*Pəncələrin xəstəliyi (dəri örtükləri);
*Endokrin sisteminin xəstəlikləri;
*Onkoloji xəstəliklər;
*İnfeksiyalar;
*Əsəb sisteminin patologiyaları.

Problemlərin həlli:

*Düzgün gigiyena: hər axşam yatmazdan əvvəl ayaqlar ilıq su və sabunla yuyulmalı, səhər də eynisi təkarlanaraq yuyulmadan sonra dezodarant və ya başqa antibakterial vasitələrdən istifadə olunmalıdır.

*Pəncələr yuyulduqdan sonra qupquru silinmiş olmalıdır, rütubətli ayaqlara corabları geyinmək olmaz, çünki bu bakteriyaların artımı üçün ən yaxşı mühitdir.

*Daha çox antiperspirantlardan istifadə edin. Əgər sizin antiperspirantınız diyircəklidirsə onu evdən çıxmazdan bir neçə dəqiqə əvvəl ayaqlarınıza çəkin. Yox əgər sizdəki vasitə lasyon və ya geldirsə, onları səhər yuxudan duranda ayağınızı yuduqdan sonra istifadə edin. Bir də qeyd etməyə dəyər ki, antipespirantlar və tər əleyhinə vasitələr alarkən diqqətli olun, nə qədər yaxşı firmanın olsalar da aptekdən almaq daha məqsədəuyğun olar.

*Sürvədən və gicitkəndən, badrəncdən (melissadan) və nanədən həlimlər hazırlayıb için.

*Söyüdün və palıd ağacının qabıqlarından, qatırquyruğunun, dəniz duzunun və ya zefirin qarışığından vannalar edin.

*Botoks iynələri: Bu gün qiperqedroza müalicəsinin ən effektiv üsulu hesab edilir. O tər vəzilərini sadəcə bloklayır, effekt 6 aydan 1 ilə qədər davam edir.

*İonoforez: Su məhlulu vasitəsilə bölgəyə cərəyanın verilməsidir. Effekt 6 aydan 9 aya qədər davam edir və təxminən 80% hallarda kömək edir.

Qoltuq altının tərləməsi (aksillyar qiperqidroz)

Problemin kökü:

Prinsip etibarı ilə bu, hər bir insan üçün tipikdir, problem yalnız tərləmənin intensivliyi ilə əlaqədardır.

Əsas səbəblər:

*Kifayət etməyən gigiyena. Bəli, yenidən biz gigiyenaya qayıdırıq. Sadəcə, zalda idman məşqlərindən sonra deyil, səhər və axşam mütləq duş qəbul etmək lazımdır.

*Orqanizmdə hormonların yenidən qurulması (məsələn, uşağın doğulmasından sonra, cinsi yetişkənlik dövründə və s.)

*Müəyyən məhsulların qəbulu qoxuya təsir edir: çox duzlu və ya kəskin iyli qidalar.

*Bəzi dərmanların qəbulu tərləməyə səbəb olur.

*Dərinin nəfəs almasını əngəlləyən sintetik parçalar.

*Artıq çəki.

*Yüksəldilmiş fiziki fəallıq.
*Stress, həyəcan.
*Veqeto-damarlı distoniya.
*Endokrin xəstəlikləri.
*Yoluxucu xəstəliklər.

Peoblemlərin həlli:
*Ola bilər ki, hətta antiperspirant sizin probleminizi həll edə bilər, burda sual yalnız ondan ibarət olar ki, siz ondan düzgün istifadə edirsinizmi?! Vasitə yalnız quru dəriyə vurulmalıdır. Növbəti duş qəbuluna qədər qoltuqların dərisini qorumalıdır: axşamlar duşdan sonra antiperspirantlardan istifadə edin, səhərlər də duş qəbul etmək, həmçinin antiperspirantlardan da istifadə etmək lazımdır.
*Qoltuq altlarının epilyasiyasını həyata keçirin.
*Xarici tibbi preparatlardan istifadə edin (həkimlə məsləhətləşdikdən sonra).
*İnoforez.
*Botoks.
*Dəmlənmiş yulafla vanna qəbul edin. Yulaf lif kimi də istifadə olunur: tənzifə qoyulur və qoltuğ altlarına bağlanır.
*Limon şirəsi və ya alma sirkəsi ilə qoltuq altlarını silmək.
*Sürvə (şalfey) cövhərindən istifadə edin.


feat.az

Geri qayıt