Войти

BİR AYDA 5 KQ ARIQLADAN BULQUR PƏHRİZİ

Xeberler

Saysız faydaları olan bulqur həm də arıqlamağa kömək edir. Bulqurun arıqlamağa təsiri haqqında türkiyəli qidalanma və pəhriz mütəxəssisi Seda.D məlumat verib.

YAD.AZ 
bildirir ki, bulqur, fol turşusu tərkibi sayəsində uşaqlar və hamilə qadınlar üçün vacibdir. Əslində, bulqur hamiləliyin ilk 3 ayında yeyilirsə, qadınlar fol turşusunu dərman vasitəsi ilə deyil, birbaşa ondan götürə bilərlər. Bulqur həm də, uşaqların beyin inkişafına çox əhəmiyyətli təsir göstərir.

Faydaları saymaqla bitməyən bulqur bir çox tərəvəzdən daha çox dəmirlə zəngindir. Onun tərkibində o qədər dəmir var ki, qan azlığı və dəmir əskikliyi problemi yaşayan xəstələrə bulqur yemələri tövsiyə olunur. BUlqurda olan dəmir miqdarı ispanaqdakından da çoxdur.

Bundan əlavə, bulqur diabet və ürək xəstəlikləri riskini də azaldır. Belə ki, qlisemik indeksi aşağı olan qidalar, diabet və ürək kimi xroniki xəstəliklərin əmələ gəlmə risklərinin qarşısını alır və belə xəstələri nəzarət altında saxlamağa imkan verir.

Yediyimiz qidaların qlisemik indeki qan şəkərinin yüksəltmə ehtimalını müəyyən edir. Buna görə də, aşağı qlisemik indeksli qidalara daha çox yaxın olmalıyıq. Bulqur da belkə qidalardandır. Aşağı qlisemik və yuxarı pulpa dərəcəsi olduğuna görə diyabet pəhrizləri zamanı üstünlük verilməlidir.

Bulqur həm də, 1 ayda 5-8 kiloqrama qədər arıqlamağınıza yardımçı olacaq. Bu pəhriz zamanı orqanizm vitamin, mineral, kalsium, zülallardan geri qalmadığı üçün sağlam hesab olunur.Yüksək miqdarda lif ehtiva edən bulqur uzun müddət tox tutma xüsusiyyətinə malikdir. 100 qram bulqurda 8.2 qram lif vardır. Lifli qidalar xolesterolu aşağı salıcı təsiri sayəsində öd turşularının qarşısını alaraq, pəhrizdə ümumi yağ və xolesterolu tənzimləyir.

feat.az

Комментарии (0)

Şərhin əlavə edilməsi

  • yenilə, əgər kod görünmürsə

Bolmeler

MobTop.az