Azinfo » Xəbər » Sosial xəbərlər » Masallıda evi yanan ailəyə yardım edilib

Masallıda evi yanan ailəyə yardım edilib

Tarix : 20-01-2024   /   Xəbər / Sosial xəbərlər   /   oxunub: 326


18.01.2024 tarixində Masallı şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı ev yanıb.

Ağayeva Maya Məhəmməd qızı və 4 övladının yaşadığı mənzilin bir otağının yanar konstruksiyaları 45m² sahədə yanıb.

Sözügedən mənzil hazırda yararsız vəziyyətdədir. Yanğın nəticəsində ev və içində olan əşyaların hər biri yararsız hala düşmüşdür. 

19.01.2024 tarixində Masallı rayon rəhbərinə müraciət edən Maya Ağayeva sosial-maddi vəziyyətlərinin qənaətbəxş olmadığını , yaranmış problemlə bağlı çox əziyyət çəkdiklərini dilə gətirmişdir.
Daha sonra rayon rəhbərinin tapşırığına əsasən,  sözügedən ailəyə rayonun Qarabağ küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzil kirayələnərək , evin və ailənin bütün ehtiyacları qarşılanmışdır. Ev bütün məişət texnikaları ilə təmin edilərək , tam təchizatlı ailəyə təhvil verilmişdir. Mənzilin kommunal xərcləri qarşılanmışdır və ailə ərzaq yardımı ilə də təmin edilmişdir.

Ən yaxın zamanda Masallı rayon İcra Hakimiyyətinın daxili imkanları hesabına, xeyriyyəçilərin və iş adamlarının dəstəyi ilə ailənin yanan fərdi yaşayış evi bərpa olunaraq onların istifadəsinə veriləcək .

Maya Ağayeva problemlərinin həllinə görə Ölkə Rəhbəri cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya  təşəkkürünü bildirimişdir.




Şərhlər: 0

Şərh yaz