Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Fuat Oktay: Türkiyə dövləti Ermənistan-Azərbaycan məsələsində qəti qərar vermək məcburiyyətindədir

Fuat Oktay: Türkiyə dövləti Ermənistan-Azərbaycan məsələsində qəti qərar vermək məcburiyyətindədir

Tarix : 19-05-2023   /   Dünya Xəbərləri / Avropa xəbərləri   /   oxunub: 307
Türkiyə dövləti Ermənistan-Azərbaycan məsələsi, Rusiya-Ukrayna müharibəsi, Liviya və Suriya münaqişəsi kimi məsələlərdə tez və qəti qərar vermək məcburiyyətindədir.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay “HaberTürk” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bu baxımından ölkədə mövcud olan Prezident idarəetmə sistemi ən effektividir, müxalifət liderinin seçkiləri qazanacağı halda ortaqlarına vəd etdiyi vitse-prezidentlik vəzifələri isə dövlət idarəetmə sistemində maneələr yaradacaq.

Oktay əlavə edib ki, hazırki sistemdə son qərarı ölkə başçısı versə də, bütün proseslər müzakirə əsasında həyata keçirilir.

Şərhlər: 0

Şərh yaz